"Zirə" "Qarabağ"dan xal aldı, Şamaxıda da "sülh" bağlandı - Premyer Liqa

"Zirə" "Qarabağ"dan xal aldı, Şamaxıda da "sülh" bağlandı - Premyer Liqa

Bu gün Premyer Liqanın 15-ci turu çərçivəsində daha iki görüş keçirilib.

mediasport.az xəbər verir ki, ilk matç Şamaxıda, günün ikinci qarşılaşması Suraxanıda oynanılıb.

Lider "Qarabağ" doğma meydanda büdrəyib. Qurban Qurbanovun komandası "Zirə"nin müqavimətini qıra bilməyib. Şamaxıdakı matçda da qalib müəyyənləşməyib.

Turun qalan iki oyunu sabaha nəzərdə tutulub.


Premyer Liqa. 15-ci tur

28 noyabr (bazar ertəsi)


“Şamaxı” – “Kəpəz” 1:1

Qollar: Bahadur Həziyev, 67 - Mixeil Erqemlidez, 11.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

"Şamaxı": 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 55. Adil Nağıyev, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 88. Bəhruz Teymurov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov, 21. Qurban Səfərov
Baş məşqçi: Vüqar Əsgərli.
“Kəpəz”: 68. Orxan Sadıqlı (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 24. Mixeil Erqemlidze
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Tural Axundov, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 5. Peyman Keşavarzi, 19. Abdullahi Şuaybu
​Baş məşqçi: Tərlan Əhmədov.


“Qarabağ” – “Zirə” 0:0

Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov.

 “Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov.