"Mançester Siti" 1/8 finalda, "Çelsi" cavab oyununa çıxacaq - VİDEO

"Mançester Siti" 1/8 finalda, "Çelsi" cavab oyununa çıxacaq - VİDEO

İngiltərə Federasiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə "Mançester Siti" London təmsilçisi "Tottenhem"i məğlub edib (1:0) və növbəti mərhələyə vəsiqə qazanıb.

Dünən baş tutan digər qarşılaşmalarda "Bristol Siti" - "Nottingem Forest" (0:0), "Çelsi" - "Aston Villa" (0:0), "Şeffild Uensdey" - "Koventri Siti" (1:1) nəticələri qeydə alınıb.

"Sülh"lə başa çatan matçlarda qalibi müəyyənləşdirmək üçün cavab matçı keçiriləcək.

Xatırladaq ki, 1/16 finalın digər oyunları 27, 28 və 29 yanvar tarixlərində baş tutacaq.