Türkmənistanın "Nebitçi" klubu Azərbaycana niyə gəlir? - AYDINLAŞDI

Türkmənistanın "Nebitçi" klubu Azərbaycana niyə gəlir? - AYDINLAŞDI

Türkmənistanın futbol klubu "Nebitçi" Azərbaycana gəlir.

MediaSport.az saytına daxil olan məlumata görə, Balkanabad təmsilçisi ölkəmizdə təlim-məşq toplanışı keçəcək.

Son mövsümü Türkmənistan Yüksək Liqasında 7-ci pillədə başa vurmuş komanda Qəbələdə məskunlaşacaq. Komanda burada 3 yoxlama görüşü keçirəcək.

Rəqiblərdən ikisinin "Araz-Naxçıvan"la "Kəpəz" olacağı 90 faiz dəqiqləşib. Qeyri-adi hadisə baş verməsə, "Nebitçi" sabah ölkəmizə təşrif buyuracaq.

Onu da əlavə edək ki, Türkmənistan klubunun səfərinin təşkilatçısı "Qarabağ"ın sabiq mətbuat katibi Nurlan İbrahimovun rəhbəri olduğu "CanSports" turizm şirkətidir.