Emin Mahmudov: "Bu qədər qol vuracağımı gözləmirdim"
Milli komandamızın yarımmüdafiəçisi Emin Mahmudov sabah Skopyedə Şimali Makedoniya yığmasına qarşı keçirəcəyimiz yoldaşlıq oyunu haqqında düşüncələrini bölüşüb.
mediasport.az xəbər verir ki, təcrübəli futbolçu ardıcıl qələbələr qazanmağın onlara əlavə əlavə inam verdiyini bildirib.
Mahmudov uğurlu seriyanı davam etdirmək arzusunda olduqlarını deyib:
"Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq. Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Elif Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.
Futbolçu yığmada vurduğu qol sayından da söz açıb:
- Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar".