UEFA açıqladı: Çempionlar Liqasının finalı bu ölkədə keçiriləcək - RƏSMİ

UEFA açıqladı: Çempionlar Liqasının finalı bu ölkədə keçiriləcək - RƏSMİ

2025-ci ildə UEFA Çempionlar Liqası, 2024 və 2025-ci illərdə isə Avropa Konfrans Liqasının final oyunlarının stadionları müəyyənləşib.

MediaSport.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin iclasında bu barədə yekun qərarlar qəbul edilib.

Çempionlar Liqasının final görüşünə Portuqaliyanın Lissabon şəhəri ev sahibliyi edəcək. 2024-cü ildə Konfrans Liqasının həlledici görüşü Yunanıstanın paytaxtı Afina, 2025-ci ildə Polşanın Vroslav şəhərində keçiriləcək.

Amma UEFA Afinadakı “Agya Sofiya” stadionu ilə bağlı son rəyi yeni istifadəyə verilmiş arenaya baxış keçirdikdən sonra verəcək.

Qurumun çıxardığı sonuncu qərar 19 yaşadək qızlar arasında Avropa çempionatı ilə bağlıdır. 2025-ci ildə təşkil olunacaq yarışın ev sahibi ölkəsi də Polşa olacaq.