Millətlər Liqası rəqibimizin AVRO-2024 üçün yekun heyəti açıqlanıb
İyunun 14-də start götürəcək futbol üzrə Avropa çempionatına hazırlaşan Slovakiya milli komandasının yekun heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, növbəti mövsüm UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olacaq yığmanın baş məşqçisi Françesko Kalsona 32 nəfərlik siyahıdan 6 futbolçu - Dominik Takaç (“Spartak”), Mihal Tmoç (“Slaviya”, Çexiya), Matuş Kmet (“Trençin”), Yakub Kadak (“Lütsern”, İsveçrə), Dominik Holli (“Yablones”, Çexiya) və Robert Polevkonu (“Dukla”, Çexiya) ixtisara salıb.
Xatırladaq ki, slovaklar E qrupunda Belçika, Ukrayna və Rumıniya kollektivləri ilə mübarizə aparacaqlar.
Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Henrix Ravas (“Nyu-İnqlənd Revoluşn”, ABŞ);
Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Norbert Dyomber (“Salernitana”, İtaliya), Denis Vavro (“Kopenhagen”, Danimarka), Milan Şkrinyar (PSJ, Fransa), Adam Obert (“Kalyari”, İtaliya), David Qansko (“Feyenoord”, Niderland), Vernon De Marko (“Hatta” BƏƏ), Sebastian Koşa (“Spartak”, Slovakiya);
Yarımmüdafiəçilər: Matuş Bero (“Boxum”, Almaniya), Tomaş Riqo (“Banik “, Çexiya), Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Napoli”, İtaliya), Ondrey Duda (“Verona”, İtaliya), Laslo Beneş (“Hamburq”, Almaniya), Yuray Kuçka (“Slovan”);
Hücumçular: David Duriş (“Askoli”, İtaliya), Tomaş Suslov (“Verona”, İtaliya), İvan Şrans (“Slaviya”, Çexiya), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Leo Zaver (“Feyenoord”, Niderland), Lukaş Qaraslin (“Sparta”, Çexiya), David Streles (“Slovan”), Lyubomir Tupta (“Liberets”).