Renat 90+9-cu dəqiqədə penaltini qaçırıb, komandası uduzub - VİDEO
"Hatayspor" Türkiyə Superliqasının 15-ci turunda "Başakşəhər"lə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun da formasını geyindiyi Hatay təmsilçisi səfərdə minimal hesabla uduzub - 0:1.
Renat oyuna start heyətdə başlayıb. Yığmamızın üzvü əsas vaxtın sonuna əlavə edilmiş 9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Xatırladaq ki, "Başakşəhər" hazırda ölkə çempionatının turnir cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb. Volkan Dəmirəlin çalışdırdığı "Hatayspor" isə 18 xalla onuncudur.