AFFA "Qarabağ", "Zirə", "Səbail", "Sumqayıt" və "Qəbələ"ni cəzalandırdı

AFFA "Qarabağ", "Zirə", "Səbail", "Sumqayıt" və "Qəbələ"ni cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

mediasport.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasında 31-ci turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə 2000 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasında 31-ci turun “Səbail” – “Neftçi” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasında 31-ci turun “Sumqayıt” – “Qəbələ” oyununa təcili tibbi yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt” klubu 1600 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilib.