UEFA Azərbaycan çempionu üçün 33 yaşlı almaniyalı bank işçisini seçdi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rakuv”la (Polşa) Bakıda keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
MediaSport.az xəbər verir ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı 33 yaşlı almaniyalı bank mütəxəssisi Sven Yablonski idarə edəcək.
Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.
Görüş saat 20:00-da başlanacaq.
Ağdam klubu iyulun 26-da ilk duel çərçivəsində səfərdə Polşa çempionunun qonağı olacaq.