AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı açıqlanıb

 AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yığıncaq martın 1-də Gəncədə təşkil olunacaq.

İclasın gündəliyinə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, daha əvvəl iclasın yanvarın 11-də keçirilməsi planlaşdırılsa da, sonradan təxirə salınmışdı.