Premyer Liqada ilk dövrənin son turu - "Zirə"dən növbəti qələbə

Premyer Liqada ilk dövrənin son turu - "Zirə"dən növbəti qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 1-ci dövrənin sonuncu - 9-cu turu start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.

Lider "Zirə" növbəti qələbəsini qazanıb.

Turun “Qəbələ” - “Səbail”, “Sabah” - "Araz-Naxçıvan” matçları sabah, “Sumqayıt” - “Kəpəz” və “Neftçi” - “Qarabağ” duelləri isə oktyabrın 8-də baş tutacaq.


Azərbaycan Premyer Liqası. 9-cu tur


 “Zirə” – “Turan Tovuz” 2:1

Qollar: Salifu Suma, 33, Qismət Alıye, 77 - Denis Marandiçi, 74.

Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Emin Cəfərov

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 19. Salifu Suma.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.

“Turan Tovuz”: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.