Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bu axşam məlum olacaq

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bu axşam məlum olacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə 8 matç baş tutacaq.

Azərbaycan çempion "Qarabağ"ın 2-ci təsnifat mərhələsindəki rəqibinin adına məhz bu axşam aydınlıq gətiriləcək.

Linkoln (Cəbəllütariq) - Hamrun (Malta) cütünün qalibi Azərbaycan çempionunun rəqibi olacaq.

1-ci təsnifat mərhələsinin daha 6 qarşılaşması sabah oynanılacaq.


UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunları


18:30. "Ballkani" (Kosovo) - "Santa-Koloma" (Andorra) (ilk oyun - 2:1)

20:00. "Helsinki" (Finlandiya) - "Panevejis" (Litva) (ilk oyun - 0:3)

20:00. "Linkoln" (Cəbəllütariq) - "Hamrun" (Malta) (ilk oyun - 1:0)

20:00. "Pünik" (Ermənistan) - "Dinamo" (Minsk, Belarus) (ilk oyun - 0:0)

21:00. "Çelye" (Sloveniya) - "Flora" (Estoniya) (ilk oyun - 5:0)

21:30. "Styaua" (Rumıniya) - "Virtus" (San Marino) (ilk oyun - 7:1)

23:00. "Deçiç" (Monteneqro) - TNS (Uels) (ilk oyun - 0:3)

23:00. "Şemrok" (İrlandiya) - "Vikinqur" (İslandiya) (ilk oyun - 0:0)