"Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin" - Tahir Gözəl
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında səfərdə "Olimpiya"dan üstün oldu.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisini Sloveniyada stadiondan dəstəkləyən klub prezidenti Tahir Gözəl 2:0 hesablı qələbə ilə bağlı təəssüratlarını bölüşüb.
Klub rəhbəri "atlılar"ın bu mövsüm ən həyəcanlı, maraqlı və sürətli oyunlarından birini keçirdiyini deyib:
"2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah, bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.