"Qarabağ" 27 yaşlı hücumçuya görə Türkiyə klubuna təklif göndərdi
"Qarabağ" transfer nəzərlərini Türkiyəyə yönəldib.
MediaSport.az xəbər verir ki, Ağdam təmsilçisi "Samsunspor"un mərkəz hücumçusu Ahmet Sağatı transfer etməyə çalışır.
Qurban Qurbanovun komandası 27 yaşlı forvarda görə I Liqa təmsilçisinə təklif göndərib.
Qeyd edək ki, Almaniya doğumlu Sağat "Samsunspor"a qədər "Berliner", "Lukenvalde", "Babelsberq", "Rot-Vays Koblens" və "Menemenspor"da çıxış edib. Onunla Belçika klubları da maraqlanır.
Futbolçu geridə qalan mövsüm Samsun təmsilçisinin heyətində 24 oyuna 6 qol vurub.
Elay