UEFA "Qarabağ"ın futbolçuları və məşqçisi ilə bağlı cəzanı açıqlayıb
UEFA İntizam Komitəsinin Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlanıb.
Mediasport.az xəbər verir ki, hər iki şəxsə 1 oyunluq cəza verilib.
Məşqçi və futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 7-də Bakıda “Bayer”ə (Almaniya) qarşı keçiriləcək qarşılaşmanı kənardan izləyəcək.
Qitə futbol qurumu sarı vərəqə limitini dolduran Julio Romaoya da 1 oyunluq cəza verib.