"Turan Tovuz"la müqavilə bağlayan futbolçu "Kəpəz"ə necə keçdi?

"Turan Tovuz"la müqavilə bağlayan futbolçu "Kəpəz"ə necə keçdi?

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün Ehtiram Şahverdiyevin transferini açıqladı.

Gəncə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik anlaşmaya qol çəkib.

Maraqlıdır, ötən ayın 19-da "Turan Tovuz"la daha 1 illik müqaviləyə qol çəkən futbolçu "Kəpəz"ə necə keçid edib?

MediaSport.az saytına daxil olan məlumata görə, Tovuz təmsilçisində əsasən ehtiyatda qalan U-21 yığmamızın keçmiş üzvü daha çox oyun şansı qazanmaq məqsədilə baş məşqçi Ayxan Abbasovla görüşüb, ondan buraxmasını xahiş edib. Gənc mütəxəssis Şahverdiyevin xahişini yerə salmayıb və tərəflər anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veriblər.