Şahruddin Məhəmmədəliyev rəsmən "Adana Dəmirspor"da
Azərbaycan milli komandası və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Adana Dəmirspor"a transferi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı qolkiper Superliqa təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Şahruddin Ağdam klubuna 2016-cı ilin yanvarında "Sumqayıt"dan gəlmişdi. Yığmamızın üzvü "atlılar"ın heyətində 131 rəsmi oyun keçirib.
"Şah" keçmiş klubuna təşəkkürünü bildirib. O, sosial şəbəkə hesabında paylaşım edib:
“Son damlaya qədər sevmək və döyüşmək lazımdır. Hər şey üçün təşəkkür edirəm, sevimli “Qarabağ”.