"Qarabağ"ın oyunu mövsümün 9 ən maraqlı görüşündən biri seçildi
UEFA-nın rəsmi saytında başa çatan Avropa Liqasında 2023/2024cü illər mövsümünün yekunları haqda yazı paylaşılıb.
Mediasport.az xəbər verir ki, məqalədə mövsüm ərzində bu yarışda baş tutmuş ən maraqlı 9 oyunun adı qeyd edilib.
1/8 final mərhələsinin Leverkuzendə keçirilmiş dramatik “Bayer” - “Qarabağ” (3:2) qarşılaşması da siyahıda yer alıb.
Yazıda Almaniya təmsilçisinin geridönüşündən bəhs olunub:
"Şabi Alonsonun komandası ilk oyunda sona 20 dəqiqə qalmış iki qol vuraraq 2:2 hesablı heç-heçə etdi. Leverkuzendəki görüşdə isə "Bayer" Abdullah Zubir və Juninyonun qollarından sonra Elvin Cəfərquliyevin meydandan qovulmasının ardından daha da əlamətdar dönüş etdi.
Frimponqun 72-ci dəqiqədə vurduğu zərbə tribunaları coşdurdu. Patrik Şik 90+3 və 90+8-ci dəqiqələrdə iki dəfə qol vuraraq komandasını növbəti mərhələyə çıxardı. "Bayer" - "Qarabağ" görüşünü bu mövsüm Avropa Liqasının ən diqqətçəkən oyunları siyahısına daxil etmək mümkündür".
Qeyd edək ki, "Bayer" finalda "Atalanta"ya 0:3 hesabı ilə məğlub oldu.