"Yaxşı oyun göstəririk, bəzi matçlarda bəxt bizdən üz çevirdi"
"Miilli komandalarla bağlı yaranan fasilədən maksimum istifadə etməyə çalışdıq. Bu vaxt əsasən zədədən qayıdan futbolçuların xeyirinə oldu".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qəbələ"nin vitse-kapitanı Ürfan Abbasov deyib.
Təcrübəli müdafiəçi komandasının son 5 oyunda qalib gələ bilməməsi haqda danışıb, əsas səbəb kimi bəxtlərinin gətirmədiyini göstərib:
"Yaxşı oyun göstəririk. Oyunlarımız pis alınmır, sadəcə, bəzi matçlarda bəxt bizdən üz çevirdi. Növbəti oyun doğma meydanımızda "Turan Tovuz"a qarşı olacaq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb azarkeşlərimizi sevindirək".
Azərbaycan millisində də oynamış Abbasov yığma komandanın yeni baş məşqçisinin yerli mütəxəssis olmasını istədiyini qeyd edib: "Perspektivli futbolçularımız var, komandamız daha çox gənclərdən təşkil olunub. Məncə, güclü baş məşqçi ilə yüksək nəticələr qazanmaq mümkündür. Millidə yerli məşqçinin işləməsinin tərəfdarıyam".