"Videoya baxsaz, nəyə görə o cür reaksiya verdiyimi görəcəksiz"
Azərbaycan Premyer Liqasının 7-ci turunun "Qəbələ" ilə səfər matçının ilk hissəsində meydandan qovulan "Qarabağ"ın müdafiəçisi Kevin Medina qırmızı vərəqə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, kolumbiyalı sakit olduğunu, 3 ildən çoxdur qırmızı vərəqə almadığını xatırladıb.
Medina deyib ki, mərkəz müdafiəçisi kimi ən azı sarı vərəqə alan futbolçulardan biridir:
"Qaydasız döyüşlə futbol tamam fərqli idman növləridir. Amma videonun təkrarına baxsaz, nəyə görə o cür reaksiya verdiyimi görəcəksiz. Elə reaksiya vermək məcburiyyətində idim. Çünki ilk hücuma məruz qalan mən olmuşam. Baş hakim isə bütün epizoda baxmalıdır. Futboldur da, belədir. Biz səhvlərdən öyrənirik. Matçdan sonra Qurban Qurbanovla aramızda futbolçu-məşqçi dialoqu oldu".
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı Ağdam klubunun 2:1 hesablı qələbəsilə yekunlaşıb.