Azərbaycan yığmasının baş məşqçisi ilə müqavilə yenilənməyib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.
Qurum rəhbəri artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını bildirib:
“Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.
Qeyd edək ki, türkiyəli mütəxəssislə bu ilin may ayında 3 aylıq müqavilə bağlanmışdı. Komandamız onun rəhbərliyi altında Avropa çempionatının Almaniyada keçirilən seçmə qrup mərhələsində uğursuz çıxış etmişdi.