"Qarabağ" Azərbaycanın UEFA reytinqinə növbəti xalları yazdırıb
UEFA Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra ölkələrin əmsallar cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, dünən Bakıda Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın hesabına daha 0,500 xal yazdırıb.
Ölkəmizin mövqeyində dəyişiklik olmayıb, Azərbaycan 17,375 xalla 29-cu pillədə qərarlaşıb. Bir pillə öndə olan Slovakiyanın “Slovan” klubu da doğma meydanda “Klaksvik” (Farer adaları) komandasına qalib gəlib.
Azərbaycandan bir pillə geridə Moldova (12,875 xal) ilə aradakı fərq isə artıb. “Şerif” evdə İtaliya nəhəngi “Roma”ya uduzub.
Qeyd edək ki, siyahıya 90,303 xalla İngiltərə başçılıq edir. İspaniya (78,864 xal) ikinci, İtaliya (73,141 xal) üçüncüdür.