İsgəndərlinin klubu yeni gətirdiyi baş məşqçini isefaya göndərdi
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi Türkiyənin "Boluspor" klubu baş məşqçi Serhat Gülpınarı istefaya göndərib.
Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Bolu klubu ilə bu ilin iyulunda müqavilə bağlayan 45 yaşlı məşqçinin nəticələri rəhbərliyi razı salmayıb.
Komanda geridə qalan 4 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.