"Qarabağ" Avroliqada "10-luq"da

"Qarabağ" Avroliqada "10-luq"da

Avropa Liqasının rəsmi tvitter səhifəsi turnirin ən yaxşı formada olan komandalarını açıqlayıb.

mediasport.az xəbər verir ki, "Qarabağ" ilk "10-luq"da yer alıb.

Son beş matçda 3 qələbə qazanıb, bir heç-heçə edib, bir dəfə məğlub olan Ağdam klubu 9-cu pillədə qərarlaşıb. Keçirdiyi son beş görüşün hamısında meydana qalib tərk edən "Srvena Zvezda" (Serbiya) ən yaxşı formada olan komandadır. Dörd qələbə və bir heç-heçəsi olan "Yunyon" (Belçika) isə ikinci yerdədir.