"Sabah" "Turan Tovuz"a qarşı

"Sabah" "Turan Tovuz"a qarşı

"Sabah" və "Turan Tovuz" komandaları Premyer Liqada yaranmış fasilə dönəmində yoxlama oyununda üz-üzə gələcəklər.

Mediasport.az xəbər verir ki, qarşılaşma sentyabrın 9-da “Bank Respublika Arena”da gerçəkləşəcək.

Görüş saat 17:00-da başlanacaq.

Qeyd edək ki, "Turan Tovuz" beş turdan sonra 9 xalla ikinci, "Sabah" isə 4 xalla səkkizinci pillədə qərarlaşıb.