Xorvatiyalı məşqçi "Qəbələ" ilə oyun haqda: "Üstünlüyümüz var"

Xorvatiyalı məşqçi "Qəbələ" ilə oyun haqda: "Üstünlüyümüz var"

UEFA Gənclər Liqasında "Qəbələ"nin rəqibi “Hayduk”un (Xorvatiya) baş məşqçisi Mariyan Budimir I mərhələnin cavab görüşü çərçivəsində təmsilçimizə qarşı keçirəcəkləri cavab oyunu barədə danışıb.

MediaSport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Qəbələdə daha yaxşı oynamaq lazım olduğunu söyləyib. O, əsasən, ikili mübarizələrdə daha çox qalib gəlməyə çalışacaqlarını deyib:

“Qəbələ” topla oynamağa və ikili mübarizələri qazanmağa can atan komandadır. Bu səbəbdən qarşılaşmaya ciddi yanaşırıq. Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq. Öz oyunumuzu göstərib topa daha çox sahib olmağa üçün çalışacağıq”.

Oktyabrın 4-də keçiriləcək “Qəbələ” - “Hayduk” matçı saat 17:00-da başlanacaq. Komandamız Splitdəki ilk dueldə 0:3 hesabı ilə məğlub olub.