"Sumqayıt"da ilk ayrılıq - RƏSMİ

"Sumqayıt"da ilk ayrılıq - RƏSMİ

Mövsümü uğursuz başa vuran “Sumqayıt” futbol klubu islahatlara start verib.

mediasport.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi qapıçılar üzrə məşqçi Emil Babayevlə yollarını ayırıb.

42 yaşlı mütəxəssislə başa çatan müqavilənin müddəti artırılmayıb.

“Sumqayıt” geridə qalan mövsüm 10 komandalı çempionatda 7-ci yeri tutub.