PFL rəsmisinə UEFA-dan təyinat: Çexiya - Albaniya duelinə gedir
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda, oktyabrın 11-də keçiriləcək Çexiya - Albaniya oyununun UEFA nümayəndəsi olacaq.
B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.