"Neftçi" Çempionlar Liqasında ilk qarşılaşmasına Gürcüstanda çıxır
Qadınlardan ibarət "Neftçi" futbol komandası UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizəyə başlayır.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu Avstriyanın "Sankt-Pölten" klubu ilə qarşılaşacaq.
Raundun görüşləri Gürcüstanın Tsxaltubo şəhərində keçiriləcək.
Matç Bakı vaxtilə saat 18:00-da başlanacaq.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi
18:00 "Sankt-Pölten" (Avstriya) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Yelena Kumer (Xorvatiya).
Yan xətt hakimləri: Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya).
Dördüncü hakim: Mariya Marotta (İtaliya).
Tsxaltubo Texniki Mərkəzi, Gürcüstan.