Millimizin AÇ-nin ilk pley-offunda ilk mümkün rəqibləri məlum oldu

Millimizin AÇ-nin ilk pley-offunda ilk mümkün rəqibləri məlum oldu

Tarixində ilk dəfə Avropa çempinatının seçmə mərhələsində pley-offa vəsiqə qazanan Azərbaycan millisinin ilk potensial rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız AVRO-2025-in final mərhələsinə mümkün 7 vəsiqədən biri üçün mübarizə aparacaq.

İki raunddan ibarət olacaq pley-offda komandamız B liqası üzrə səpələnməmişlər sırasında yer alıb.

Futbolçularımızın 6 mümkün rəqibi var: Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna, Şimali İrlandiya.

Pley-offun püşkü iyulun 19-da atılacaq. I mərhələnin matçları oktyabrın 23-də və 29-da keçiriləcək.

Xatırladaq ki, qitə birinciliyinin final mərhələsi gələn ilin yayında İsveçrədə təşkil olunacaq.


AVRO-2025. Pley-off. 1-ci mərhələ


A və C liqaları

Səpələnmişlər

Avstriya

Belçika

Çexiya

Finlandiya

Norveç

Polşa

İrlandiya

İsveç


Səpələnməmişlər

Albaniya

Belarus

Gürcüstan

Yunanıstan

Lüksemburq

Monteneqro

Rumıniya

Sloveniya


B liqası

Səpələnmişlər

Portuqaliya

Şotlandiya

Uels

Serbiya

Ukrayna

Şimali İrlandiya


Səpələnməmişlər

Türkiyə

Xorvatiya

Macarıstan

Bosniya və Herseqovina

Slovakiya

Azərbaycan