Marko Veşoviç: "Motivasiyam var və əla formadayam"

 Marko Veşoviç: "Motivasiyam var və əla formadayam"

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 5-ci turunun "Molde" ilə oyunundan öncə mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi sabah keçiriləcək görüşlə bağlı bunları deyib:

"Çətin oyun gözləyir. Rəqib də çətin komandadır. Meydança sünidir. Hava şəraiti bizə çətinlik yaradacaq. Amma əlimizdən gələni edəcəyik ki, buradan yaxşı nəticə ilə ayrılaq".

Veşoviç sabahkı matçda oynamağa hazır olduğunu deyib: "Bayer"ə qarşı və Monteneqro millisindəki son iki oyunu, yəqin ki, izləməmisiz. Motivasiyam var və yaxşı formadayam, fiziki hazıram. Sabahkı matçda əlimdən gələni etməyə hazıram".