"Qarabağ", "Zirə", "Sabah" və "Neftçi" irəlilədi - DÜNYA REYTİNQİ

"Qarabağ", "Zirə", "Sabah" və "Neftçi" irəlilədi - DÜNYA REYTİNQİ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, 504 komandanın yer aldığı siyahıda Azərbaycanı dörd klub təmsil edib.

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

"Zirə" (62,25 xaç) 8 pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) 9 mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) 6 sıra irəliləyərək 397-ci olub.

Dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.