Zamiqin komandası Çempionlar Liqasında mübarizəyə başlayır
Azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası "Eqnatia" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində ilk matçına çıxacaq.
Mediasport.az xəbər verir ki, Albaniya çempionu bu mərhələdə Bosniya və Herseqovina klubu "Boraç"la qarşılaşacaq.
Futboçumuz ötən ay "Araz-Naxçıvan"dan ayrılaraq "Eqnatia" ilə 3 illik müqavilə bağlayıb.
UEFA Çempionlar Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar
23:00 "Boraç" (Bosniya və Herseqovina) - "Eqnatia" (Abaniya)
Baş hakim: Daniel Stefanski (Polşa).
Bosniya və Herseqovina, "Banya Luka" stadionu.