AVRO-2025: Ukrayna yığmasının Azərbaycana qarşı heyəti açıqlanıb
21 yaşadək futbolçular arasında AVRO-2025-in seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığmasını heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, komandanın ispaniyalı baş məşqçisi Unay Melqosa 24 futbolçuya dəvət göndərib.
Azərbaycan - Ukrayna matçı martın 26-da "Azərsun Arena" stadionunda keçiriləcək və saat 16:00-da başlanacaq.
Bu komandalar arasında İspaniyada keçirilmiş ilk görüşdə millimiz 0:1 hesabı ilə uduzub.
Qapıçılar: Pavel İsenko (“Vorskla”), Ruslan Neşeret (“Dinamo”, Kiyev), Yakov Kinareykin (“Dnepr-1”);
Müdafiəçilər: İlya Krupski (“Vorskla”), Konstantin Vivçarenko (“Dinamo”), Arseni Bataqov (“Zarya”), Artem Smolyakov (“Polesye”), Vitali Roman, Boqdan Slyubik (hamısı “Rux”), Vladimir Salyuk (“Çernomores”);
Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), Yevgeni Pavlyuk (“Vorskla”), Nazar Voloşin, Anton Tsarenko (hamısı "Dinamo"), Valentin Rubçinski, Oleq Oçeretko (hamısı “Dnepr-1”), Aleksandr Yatsik ("Zarya”), Maksim Xlan (“Leçiya”, Polşa), Boris Kruşinski (“Polesye”), İlya Kvasnitsa (“Dvijeniya”), İvan Varfolomeyev (“Slovan”, Çexiya), Maksim Braqaru ( "Çernomores");
Hücumçular: İqor Qorbaç (“Zarya”), İqor Krasnopir (“Obolon”).
Qeyd edək ki, komandamız F qrupunda 4 oyundan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb. Futbolçularımız səfərdə Ukrayna və Serbiyaya müvafiq olaraq 0:1 və 0:2 hesabları ilə uduzublar.
Bakıda Lüksemburqa qalib gələn (3:2) U-21 digər ev görüşündə Şimali İrlandiyaya məğlub olub - 1:2.
Millimizlə eyni xala malik Lüksemburq və Şimali İrlandiya turnir cədvəlində daha yaxşı göstəricilərə görə 4-5-ci yerləri bölüşdürürlər.
Ukrayna 5 qələbə ilə qrupda birinci yerdə dayanırsa, aktivində 5 matça 12 xalı olan İngiltərə 2-ci sırada yer alır.
Qrup üçüncüsü Serbiyanın hesabında 9 xal var.