"Xəzər Lənkəran"da çalışmış baş məşqçisi "İrəvan" klubuna gətirildi
“İrəvan”ın yeni mövsümdən I Divizionda çıxış edəcəyi barədə məlumat vermişdik.
mediasport.az xəbər verir ki, artıq Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edən klubun yeni baş məşqçisinin adına da böyük ölçüdə aydınlıq gəlib.
Klubun İdarə Heyətinin qərarı ilə komanda Elbrus Məmmədova tapşırılacaq. 51 yaşlı mütəxxəsislə danışıqlar yekunlaşmaq üzrədir və yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.
UEFA-nın “PRO” kateqoriyasına sahib olan Elbrus Məmmədov 2015/2016-cı illər mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.
Mənbə: Sportlife.az