"Qəbələ" Birinci Divizion klubunun üzvünü transfer etdi - RƏSMİ

"Qəbələ" Birinci Divizion klubunun üzvünü transfer etdi - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

MediaSport.az xəbər verir ki, “qırmızı-qaralar” Birinci Diviziona düşən "Şamaxı"nın futbolçusu Rauf Hüseynlini transfer ediblər.

23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun karyerasına “Qarabağ”da başlayıb, “Zirə”də də forma geyinib.

Bölgə təmsilçisi onadək Ahmed Ayzaya ("Kəpəz"), Zurab Oçiqava ("Sabah"), Lukas Afriko ("Eştoril"), Usama Xalayla ("Makkabi", Bney-Rayna, İsrail) və Gilad Abramovla ("Hapoel", Hadera, İsrail) güclənib.