"Zirə"nin sabiq forvardı Cənubi Koreya klubu ilə müqavilə bağladı
2022/2023-cü illər mövsümündə “Zirə”də oynamış Toni Qomesin yeni klubu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək.
Qvineya-bissaulu forvard “Sonnam” klubu ilə müqavilə bağlayıb.
2-ci Liqa təmsilçisi ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
Qomes "qartallar"ın heyətində 25 oyun keçirib, 4 qolla yadda qalıb.