"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın hazırlıq çərçivəsində növbəti rəqibləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası iyulun 16-da daha iki görüşdə qüvvəsini sınayacaq.
Ağdam təmsilçisi əvvəlcə Xorvatiyanın “Slaven" kollektivi ilə qarşılaşacaq, daha sonra rəqib “Əl-Şabab” (BƏƏ) olacaq.
"Köhlən atlılar"ın Tirol toplanışı bununla da başa çatacaq.
Xatırladaq ki, Azərbaycan çempionu burada iyulun 9-da Almaniyanın “Kayzerslautern” (1:3) və Çexiyanın “Viktoriya” kollektivi (2:1) ilə üz-üzə gəlib.