Milli komandamızın Rusiyada oynayan üzvü arzusunu dilə gətirdi

Milli komandamızın Rusiyada oynayan üzvü arzusunu dilə gətirdi

"Kuban"ın futbolçusu Sadıq Bağıyev klubun mətbuat xidmətinə açıqlama verib.

mediasport.az xəbər verir ki, Krasnodar təmsilçisinin U-19 komandasında çıxış edən futbolçu Azərbaycan millisi ilə DÇ-də oynamaq istədiyini deyib.

Bağıyev heyətində çıxış etməyi arzuladığı komandanın "Arsenal" olduğunu vurğulayıb:

"İnanıram ki, nə vaxtsa "Arsenal"da oynamağa gücüm çatar. Bununla yanaşı, Azərbaycan millisinin heyətində oynamağa davam edərək, komandamın Dünya çempionatına çıxmasına kömək olmaq istəyirəm. Doğrudur, əvvəl məndə çox şey alınmasa da, yaxşı xatirələrim var. Orada hər şeyi bəyəndim. Baş məşqçimiz Serbiyadan idi, yaxşı məşqlər keçirdi. Yığmada çox qaçmırıq, tullanmırıq, qısa zamanda anlaşmanı yaxşı duruma gətirmək, hücuma çıxmaq üzərində işləyirik. Millidə daha çox düşünmək lazımdır".