11-ci dəfə çempion oldular

11-ci dəfə çempion oldular

Futbol üzrə Fransa Liqa 1-də 2022/2023-cü illər mövsümünün qalibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Kristof Qaltyenin baş məşqçisi olduğu PSJ tarixində 11-ci dəfə Fransa çempionu adını qazanıb.

Liqa başa çatmadan rəsmiləşdirilən çempionluq Paris təmsilçisinin ardıcıl ikinci zəfəri olub.