"Sabah"ın Konfrans Liqası oyununun vaxtı açıqlandı

 "Sabah"ın Konfrans Liqası oyununun vaxtı açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) - “Sabah” oyununun keçiriləcəyi məkan açıqlanıb.

Mediasport.az xəbər verir ki, matç iyulun 25-də, Bakı vaxtı ilə saat 21:15-də Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionunda baş tutacaq. Bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Sabah"la "Makkabi" arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.