Əsrin ən güclü qapıçılarının "10-luğ"u tərtib olunub - SİYAHI

Əsrin ən güclü qapıçılarının "10-luğ"u tərtib olunub -  SİYAHI

Məşhur "Four Four Two" nəşri XXI əsrin ən güclü qapıçılarının siyahısını tərtib edib.

Mediasport.az xəbər verir ki, "10-luğ"a 21 il İtaliya yığmasının qapıçısı olmuş Canluici Buffon başçılıq edir.

Karyerasını bu il başa vuran 45 yaşlı unudulmaz qolkiperi İspaniya millisi ilə dünya və Avropa çempionu olmuş İker Kasilyas təqib edir.

"3-lüy"ü Niderland seçməsinin əfsanəvi qapıçısı Edvin van der Sar qapayır.


"10-luq"

1. Canluici Buffon, İtaliya

2. İker Kasilyas, İspaniya

3. Edvin van der Sar, Niderland

4. Petr Çex, Çexiya

5. Manuel Noyer, Almaniya

6. Oliver Kan, Almaniya

7. Viktor Valdes, İspaniya

8. David de Xea, İspaniya

9. Julio Sezar, Braziliya

10. Uqo Lyoris, Fransa