"Barselona" yeni baş məşqçisini ictimaiyyətə açıqladı - RƏSMİ

"Barselona" yeni baş məşqçisini ictimaiyyətə açıqladı - RƏSMİ

Çavi ilə vidalaşan “Barselona”nın yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Kataloniya klubunu Hans-Diter Flik çalışdıracaq.

Almaniyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

La Liqa klubunun prezidenti Xuan Laporta 59 yaşlı məşqçini ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, almaniyalının son iş yeri ölkəsinin milli komandası olub.