Çempionlar Liqası: "Bayern" İtaliya səfərində, PSJ ispanlarla qarşılaşır

Çempionlar Liqası: "Bayern" İtaliya səfərində, PSJ ispanlarla qarşılaşır

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək.

Fransadakı qarşılaşma Azərbaycanda "İctimai" tv vasitəsilə canlı yayımlanacaq.

Almaniya nəhəngi "Bayern"in İtaliya səfəri isə "CBC Sport"da təqdim olunacaq.

Komandalar arasında cavab görüşləri martın 6-da baş tutacaq.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


00:00 PSJ (Fransa) - "Real Sosyedad" (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya)

Paris, "Park de Prens".

00:00 "Latsio" (İtaliya) - "Bayern" (Almaniya)

Baş hakim: Fransua Leteksye (Fransa)

Roma, "Olimpiko".