Hüseynova Avropa çempionu oldu, daha 3 idmançımız medal qazandı

Hüseynova Avropa çempionu oldu, daha 3 idmançımız medal qazandı

Azərbaycanın daha 4 para-cüdoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.

Milli Paralimpiya Komitəsindən “Mediasport”a verilən məlumata görə, kişilərin yarışında 60 kq çəkidə İsmayıl Muradov qitə üçüncüsü olub.

Qadınların mübarizəsində Xanım Hüseynova (70 kq) Avropa çempionu adını qazanıb, Dürsədəf Kərimova (+70 kq) gümüş, Xatirə ismiyeva (+70) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, ötən gün Azərbaycanın digər paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) qitə birinciliyinin qalibi olub, Namiq Abaslı (73 kq) isə gümüş medal qazanıb.