"Böyük Dəbilqə": 3 cüdoçumuz mübarizəyə start verəcək
Türkiyədə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.
Mediasport.az xəbər verir ki, yığmanın üzvləri Antalyadakı yarışda iki çəki dərəcəsində güclərini sınayacaqlar.
73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.
Xatırladaq ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medalsız qalıblar. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.