Azərbaycanı Parisdə 9 cüdoçu təmsil edəcək - "Böyük Dəbilqə"

Azərbaycanı Parisdə 9 cüdoçu təmsil edəcək - "Böyük Dəbilqə"

Fevralın 2-dən 4-dək Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, ölkəmizi turnirdə 9 cüdoçu təmsil edəcək.

Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) medal qazanmağa çalışacaqlar.

“Böyük Dəbilqə”də 92 ölkədən 500-dən çox cüdoçunun iştirakı gözlənilir.