Juninyonun Braziliya klubunda debüt oyununun tarixi məlum oldu
"Qarabağ"dan Braziliyanın "Flamenqu" klubuna transfer edilən Olavio Juninyo tibbi müayinədən uğurla keçib.
Mediasport.az "Globo"ya istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun rəsmi təqdimatı Rio təmsilçisinin təlim-məşq toplanışından sonra reallaşdırılacaq.
Forvardın ilk üç rəsmi görüşdə oynamayacağı dəqiqləşib. Juninyo komandanın ABŞ-dəkı təlim-məşq toplanışına qatılmayacaq və düşərgəyə "Flamenqu" Braziliyaya qayıtdıqdan sonra qoşulacaq.
Ağdam klubunun heyətində 2023-cü ildən forma geyinmiş "sambaçı"nın yanvarın 25-də "Volta Redonda" ilə matçda debüt edəcəyi qeyd olunub.