Bombardman edilmiş məşhur stadionun son - FOTOLARI
Ukrayna Futbol Assosiasiyası Donetskdə Rusiya ordusunun bombardmanına məruz qalan "Şaxtyor" futbol klubunun ev oyunlarını keçirdiyi "Donbass Arena"nın son görüntülərini paylaşıb.
Mediasport.az xəbər verir ki, 52 mindən çox azarkeş tutumuna malik və 2009-cu ildə istifadəyə verilmiş stadiondan əsər-əlamət qalmayıb.
Tikintisi 545 milyon avroya başa gəlmiş arena indi xarabalığı xatırladır.
Qeyd edək ki, Ukrayna ərazilərinin müdafiəsi üçün 2022-ci ilin fevralından Rusiya ilə müharibə vəziyyətindədir.
Ölkənin ən titullu iki klubundan biri ev oyunlarını başqa şəhərlərin stadionlarında keçirir.
Avrokubok matçları isə başqa ölkələrdə təşkil olunur.