İranlı forvard karyerasını yenə Azərbaycanda davam etdirəcək
1-ci Liqa təmsilçisi “Baku Sportinq”dən ayrılan Şahin Balejai karyerasını Azərbaycanda davam etdirəcək.
Mediasport.az xəbər verir ki, 33 yaşlı hücumçu çempionatın digər klubu "Qaradağ Lökbatan"a keçib.
Təcrübəli forvardla mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlanıb.
Azərbaycan əsilli iranlını Lökbatan təmsilçisinə baş məşqçi Amit Quluzadə dəvət edib.